
İngiltərənin "Çelsi" klubu transfer pəncərəsinin son günlərində gözlənilməz gediş edib.
Fanat.Az xəbər verir ki, "zadəganlar" azad agent statusunda olan Renato Sançeslə maraqlanıb.
PSJ ilə müqaviləsini ləğv edən portuqaliyalı yarımmüdafiəçinin transferi gündəmə gəlsə də, "Çelsi"nin baş məşqçisi Xabi Alonso bu keçidə razı olmayıb.
İspaniyalı mütəxəssis mövsümün qalan hissəsində heyətdəki mövcud oyunçulara güvənməyi üstün tutub.