
"Real Madrid" klubunun rəhbərliyinin komandanın qapıçısı Tibo Kurtua ilə müqavilə yenilənməsi ilə bağlı apardığı danışıqlar müsbət sonluqla yekunlaşıb.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Yeni sözləşmə 2028-ci ilin yayınadək qüvvədə olacaq. Belçikalı qolkiperin hazırkı müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatır.
Xatırladaq ki, Kurtua 2018-ci ildən İspaniya nəhənginin formasını geyinir.
Toğrul