
İngiltərənin "Çelsi" klubu futbolçusu Pedru Netu ilə müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, məlumatı "zadəganlar"ın mətbuat xidməti yayıb.
26 yaşlı vinger müddəti 2032-ci ilin yayınadək nəzərdə tutulan sazişə imza atıb.
Xatırladaq ki, Portuqaliya millisinin üzvü 2024-cü ildən "Çelsi"də çıxış edir. Hazırda London təmsilçisi İngiltərə Premyer Liqasının turnir cədvəlində 4-cü pillədə mövqe tutub. Paytaxt komandası 3 oyuna 6 xal toplayıb.
Toğrul