
"Mançester Yunayted" akademiyanın ən parlaq ulduzlarından olan 15 yaşlı JJ Qabrieli əsas komandaya dəvət etməyi ciddi şəkildə nəzərdən keçirir.
Fanat.Az xəbər verir ki, gənc hücumçunun çərşənbə günü Liqa Kuboku çərçivəsində keçiriləcək "Brayton"la matçın iştirak ərizəsinə salınması planlaşdırılır.
Məşqçilər korpusu onun məşqlərdəki performansından olduqca razı qalıb və böyük futbol atmosferini hiss etməsini istəyir.
Qərar rəsmiləşərsə, bu, 15 yaşlı futbolçunun əsas komandadakı ilk rəsmi debütü kimi tarixə düşəcək.