
Xorvatiyalı təcrübəli yarımmüdafiəçi Marselo Brozoviç karyerasını Qətərdə davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 33 yaşlı futbolçu "Əl-Sədd" klubu ilə rəsmi müqavilə imzalayıb.
Tərəflər 1 illik anlaşmaya imza atıblar.
Ulduz yarımmüdafiəçi yeni komandasında 77 nömrəli formanı geyinəcək.