
"Atletiko Madrid"in hücumçusu Xulian Alvares uzun illərdir birlikdə çalışdığı meneceri Fernando İdalqo ilə əməkdaşlığa son qoymağı düşünür.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, buna səbəb yay transfer pəncərəsində futbolçunun adı ətrafında gəzən şayiələrin onun nüfuzuna xələl gətirməsidir.
Argentinalı ulduz "Atletiko"dan ayrılma prosesi zamanı menecerindən yanlış və zərərli məsləhətlər aldığını bildirib.
Təcrübəli forvard karyerasındakı bu gərginliyi aradan qaldırmaq üçün agentini dəyişməkdə qərarlıdır.