
İngiltərənin "Arsenal" klubu sağ cinah müdafiəsində yaşanan problemləri aradan qaldırmaq üçün böyük transferə hazırlaşır.
Fanat.Az xəbər verir ki, London təmsilçisi Ben Uaytın davamlı zədələri səbəbindən "Real Madrid"də çıxış edən Trent Aleksander-Arnoldu izləməyə alıb.
Hələlik tərəflər arasında konkret danışıqlar baş tutmasa da, ispan klubunun fikri dəyişəcəyi təqdirdə oyunçu üçün 70-80 milyon avro tələb edəcəyi vurğulanır.
Madrid nəhənginin qış transfer pəncərəsində ingilis müdafiəçini satmaq niyyətində olmadığı da gələn xəbərlər arasındadır.