
İngiltərə Premyer Liqasının iki təmsilçisi "Brayton" və "Bornmut" "Atletiko Nasional"ın mərkəz müdafiəçisi Neyder Parra ilə yaxından maraqlanır.
Fanat.Az "El Deportivo" nəşrinə istinadən xəbər verir ki, hər iki klub 21 yaşlı kolumbiyalı futbolçunu canlı izləmək üçün Medellin şəhərinə xüsusi skautlar göndərib.
Cənubi Amerikada böyük perspektiv vəd edən gənc müdafiəçinin nümayiş etdirdiyi oyun ingilislərin böyük diqqətini çəkib.
İngiltərə klublarının yaxın transfer pəncərəsində rəsmi təkliflə çıxış edəcəyi gözlənilir.