Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun çıxış etdiyi "Visla Plotsk" bu gün Polşa Ekstraklassasında növbəti oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, 23 yaşlı müdafiəçinin komandası səfərdə autsayder "Qurnik"lə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Qələbəyə həsrət qalan Lençna təmsilçisi 6 oyunda cəmi 2 xal toplayaraq 18 komandalı çempionatda sonuncu pillədə qərarlaşıb. "Visla" isə 7 xalla 13-cüdür.