Polşa kubokunda 1/32 final mərhələsinin oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, millimizin üzvü Anton Krivotsyukun komandası "Visla" mübarizəni dayandırıb.
Plotsk klubu aşağı liqanın lideri "Korona"ya uduzub - 3:4. Görüşün əsas vaxtı 2:2 nəticələnib, "Visla" əlavə vaxtda məğlub olub.
Krivotsyuk start heyətində meydana çıxıb və 120 dəqiqə mübarizə aparıb. Müdafiəçi 107-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, millimizin digər üzvü Mahir Emrelinin çıxış etdiyi "Legiya Varşava" ötən gecə "Viqri"ni 3:1 yenərək, 1/16-ə adlayıb. Hücumçumuz komandasının sonuncu qolunun müəllifi olub.
Mirağa