
Dortmund "Borussiya"sının hücumçusu Erlinq Holand "Mançester Siti"yə keçəcəyi halda, İngiltərə Premyer Liqası tarixinin ən ödənişli futbolçusuna çevriləcək.
Fanat.Az xəbər verir ki, "Daily Mail" "şəhərlilər"in norveçli forvarda təklif etdiyi maaşın məbləğini açıqlayıb.
Mənbənin iddiasına görə, Mançester təmsilçisi ona həftəyə 600 min avro əməkhaqqı ödəməyə hazırdır. İndiyədək heç bir futbolçuya bu məbləğdə maaş verilməyib.
Daha öncə Holandın MS ilə müqavilənin şərtlərini razılaşdırdığı barədə informasiyalar yayılmışdı.
"Borussiya"ya 2020-ci ilin yanvarında, 20 milyon avro qarşılığında "Zaltsburq"dan transfer olunan Erlinqin klubu ilə olan müqaviləsinin müddəti 2024-cü ildə başa çatacaq.
Nihat