
Futbol üzrə Rusiya millisinin sabiq çalışdırıcısı Valeri Qazzayev ölkəsində iki coğrafi zonadan ümumilikdə 40 komandanın iştirakı ilə qapalı liqa yaratmağı təklif edib.
Fanat.Az xəbər verir ki, bu barədə "RPL: Rossiyskiy futbol" portalı məlumat yayıb.
Yeni liqa coğrafi prinsipə və pley-off matçlarına görə iki zonaya bölünəcək. Liqaya daxil olan hər bir klub illik giriş haqqı ödəməli olacaq ki, bu da televiziya hüquqlarından və reklamdan əldə edilən gəlirlə birlikdə qaliblərə veriləcək pul mükafatı üçün nəzərdə tutulur.
Həmçinin, liqada futbolçular üçün maaş və legioner limiti tətbiq ediləcək. Bir komandada maksimum üç əcnəbi futbolçu oynaya biləcək.
Verilən məlumata görə, Rusiya Futbol İttifaqı (RFİ ) göstərilən təşəbbüsü bəyənib və hazırda təklif ətrafında müzakirələr aparılır.
Xatırladaq ki, fevralın 24-də Rusiyanın Ukraynaya hücum etməsi səbəbi ilə RFİ FİFA və UEFA-dan bəlli olmayan müddətə kənarlaşdırılıb.
Emin