
Rusiya milli komandası dünya çempionatının pley-off "pəncərə"sində yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, Ukraynaya hərbi təcavüzə görə beynəlxalq yarışlardan təcrid edilən Rusiyanın baş məşqçisi Valeri Karpin əsas milli ilə gənclər komandası arasında görüş təşkil edib.
Rusiya millisi Konstantin Tjukavinin qolu ilə 1:0 hesablı qələbə qazanıblar. Rusiya milli komandasının "Twitter" səhifəsi görüşü "Yaxşı sparrinq oldu" kimi dəyərləndirsə də, hamı bu fikri bölüşmür.
"Championat.com" portalı yazıb: "Ola bilsin ki, bu, Rusiya yığmasının tarixində ən bədnam matç idi. Televiziya verilişi yox idi. Tamaşaçı yox idi. Biletlər satılmırdı. Tribunada 73 nəfər var idi - 40 jurnalist, "Spartak" və MOİK-in oyunçuları, uşaq evlərinin sakinləri, serebral iflicli uşaqlar..."
Əfsanəvi rusiyalı futbolçu Andrey Arşavin isə oyundan əvvəl görüşü belə dəyərləndirib: "Eşitdim ki, federasiya azarkeşlər üçün açıq bir matç təşkil edib. Bunu anormal hesab edirəm. Oyunda heç bir məna görmürəm".
Mirağa