
Şənbə günü "Hoffenhaym" stadionunda keçirilən Almaniya - İsrail yoldaşlıq görüşündə insident yaşanıb.
Fanat.Az Almaniyanın "Sport1" telekanalına istinadən xəbər verir ki, tribunada bir tamaşaçı nasist salamı verdiyi üçün tribunadan atılıb.
Mannhaym polisi həmin şəxsin kimliyini müəyyən edib və araşdırmalara başlayıb. O, Almaniyanın bütün stadionlarından ömürlük uzaqlaşdırılmaq cəzasına məhkum edilməklə yanaşı, təxribatçını cərimə və ya həbs gözləyir.
Qeyd edək ki, Almaniya İsraili 2:0 hesabı ilə məğlub edib. Qolları Kay Havertz və Timo Verner vurub.
Mirağa