
İtaliya - Şimali Makedoniya matçından (0:1) sonra ortaya çıxan və italyan futbolçuların Palermoda paltardəyişmə otağındakı xaosu əks etdirən video İtaliya ictimaiyyətini qəzəbləndirib.
Fanat.Az xəbər verir ki, bu haqda "Givemesport" yazıb:
"Futbolçuların paltardəyişmə otağını qüsursuz vəziyyətdə tərk etmələrini gözləmək olmaz, lakin bu, həqiqətən də iyrəncdir. Buna baxdıqdan sonra stadionun işçi heyətinə yazığınız gələcək".
Görüntülərdə yüzlərlə plastik şüşə, dəsmal, yemək qalıqları, hətta siqaret kötükləri də əks olunub.
Leonardo Bonuççi bu gün Moversianoda keçirilən mətbuat konfransında məsələylə bağlı açıqlama verib:
"Böyük səhv idi, növbəti dəfə diqqətimizi artıracağıq. Çox məyus olduq və buna əhəmiyyət vermədik. Gələcəkdə belə şeylər olmayacaq. Üzr istəyirik".
Xatırladaq ki, İtaliya şok edici məğlubiyyətdən sonra dünya çempionatını tərk edib.
Mirağa