Türkiyə Superliqa təmsilçisi “Hatayspor” baş məşqçisiz qalıb.
Fanat.Az xəbər verir ki, komandasının çalışdırıcısı Ömər Ərdoğan istefa verib.
45 yaşlı mütəxəssis qərarını Super Liqanın 38-ci turu çərçivəsində baş tutan “Girəsunspor”la ev oyunundan sonra açıqlayıb. O, komandasının 4:1 hesabıyla qalib gəldiyi maçtın ardından jurnalistlərə açıqlamasında Hatay təmsilçisindən ayrıldığını bəyan edib. Ərdoğan 2020-ci ildən bu komandaya rəhbərlik edirdi.
“Hatayspor” başa çatan mövsümdə 38 oyuna 53 xalla 20 iştirakçı arasında 12-ci yeri tutub.
Mirağa