"Çelsi"nin baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının ilk turunda Zaqreb "Dinamo"su ilə oyundan (0:1) sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, almaniyalı çalışdırıcı oyundan sonra keçirilən mətbuat konfransında məğlubiyyəti belə dəyərləndirib:
“Biz kifayət qədər dəqiq, topla lazımi qədər aqressiv, qətiyyətli deyildik, həm fərdi, həm də kollektiv olaraq da yaxşı görünmədik.
Xeyr, “Dinamo” bizi təəccübləndirmədi. Gözlədiyimizi gördük. İlk 15-20 dəqiqəni yaxşı keçirdik, amma sonra əzm, dəqiqlik və aqressivlik yoxa çıxdı.
Aydındır ki, bunu təhlil etmək mənim işimdir. Biz daha yaxşı oynamalıyıq. Hələ heç nə bitməyib Nəticələrimizdən, ümumilikdə oyun tərzimizdən razı deyilik, amma mən düzgün yolda olduğumuzu düşünürdüm. Bugünkü performans məni bir az təəccübləndirdi”.
Mirağa