Cənubi Amerika Konfederasiyasının (CONMEBOL) təşkil etdiyi Libertadores Kubokunda finalçılar müəyyənləşib.
Fanat.Az xəbər verir ki, "Flamenqo" (Braziliya) yarımfinalda "Velez Sarsfild"i (Argentina) mübarizədən kənarlaşdırıb - 4:0, 2:1.
"Flamenqo" həlledici qarşılaşmada digər Braziliya təmsilçisi "Atletiko Paranaense" ilə üz-üzə gələcək.
Qeyd edək ki, final görüşü sentyabrın 29-da Ekvadorda reallaşacaq.
Nihat