İsveçrə təmsilçisi "Sion"da çıxış edən Mario Balotelli karyerasını davam etdirmək istədiyi klubun adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "DAZN" striminq xidməti italiyalı forvardın dediklərini belə çatdırıb:
"Milan"a keçməyi planlaşdırıram. Bu klub çox xoşuma gəlir. "İnter"i də bəyənirəm. Bu, hər bir uşağın oynamaq arzusunda olduğu iki ən gözəl komandadır".
Emin