“Arsenal”ın 15 yaşlı futbolçusu İtan Nvaneri İngiltərə Premyer Liqasında yeni rekord müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, o, bu gün 8-ci tur çərçivəsində baş tutan “Brentford”la oyunda meydana çıxmaqla Premyer Liqada forma geyinmiş ən gənc oyunçuya çevrilib.
Nvaneri səfərdə 3:0 hesablı qələbə qazandıqları matçın 92+2-ci dəqiqəsində oyuna qoşulub. Hücumameyilli futbolçu buna 15 yaş 181 günlüyündə nail olub.
İPL-in əvvəlki rekordu “Liverpul”un futbolçusu Harvi Elliota məxsus idi. O, 16 yaş 30 günlüyündə çempionatda debüt etmişdi.