Futbol üzrə Ukrayna millisinin baş məşqçisi Aleksandr Petrakov cərimələnib.
Fanat.Az xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Pavelko məlumat yayıb.
Funksioner 65 yaşlı mütəxəssisin Rusiya əsgərləri ilə bağlı səsləndirdiyi fikirlərə görə kiçik məbləğdə cərimə ödəyəcəyini bildirib: "UEFA rusların absurd şikayətinə çoxdan baxıb. Təbii ki, diskvalifikasiya ilə bağlı heç bir qərar yoxdur və ola da bilməz".
Qeyd edək ki, Patrakov Ukrayna ordusunun tərkibində Rusiyaya qarşı vuruşmaq arzusunda olduğunu və ən azı 2-3 əsgər öldürə biləcəyini deyib. Rusiya Futbol İttifaqı (RFS) Petrakovun futboldan ömürlük kənarlaşdırılması ilə bağlı Avropa futbol qurumuna müraciət edib. Lakin UEFA baş məşqçinin cərimələnməsinə qərar verib.