“Mənim ambisiyalarım böyükdür. Mən hələ də özümü motivasiyalı hiss edirəm. Komanda ilə səyahətim hələ bitməyib. Milli komandamızda keyfiyyətli gənclər çoxdur. Qarşıda dünya çempionatı var və mən də növbəti Avropa çempionatında oynamaq istəyirəm "
Fanat.Az xəbər verir ki, bu sözləri portuqaliya ulduz futbolçu Kriştianu Ronaldu deyib.
"Udineze"nin qapıçısı sosial şəbəkələrin birində A seriyasında mövsümə yaxşı başlayandan sonra "Mançester Yunayted"in futbolçusunu komandasına dəvət etməklə bu sitata cavab verib.
Daha sonra İtaliya komandasının mətbuat xidməti Ronaldunu komandaya dəvət edib.
Qeyd edək ki, "Udineze" 7 görüşdən sonra 16 xalla A Seriyasının turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
Emin