Azərbaycan millimizin üzvü Dmitri Nazarovun formasını geyindiyi “Erzgebirge” Almaniya III liqasında XII turun oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, sözügedən komanda doğma meydanda "Halleşer"lə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.
Start heyətdə meydana çıxan Nazarov matçın sonunadək oynayıb. Nazarov 77-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, “Erzebirge” 10 xalla 20 komanda arasında 18-ci pillədə qərarlaşıb. Siyahıya 25 xalla (11 oyun) "Elversberq" başçılıq edir.