"Atletiko Madrid" UEFA Çempionlar Liqasının 1/8 finalında cavab görüşü çərçivəsində evdə İtaliya "İnter"i ilə qarşılaşıb.
Fanat.Az xəbər verir ki, ilk görüşdə ÇL-in son finalçısına minimal hesabla (0:1) uduzan İspaniya nəhəngi evdə 2:1 qalib gəlib.
Əlavə vaxtda başqa qol olmayıb. Penalti seriyasını daha dəqiq yerinə yetirən madridlilər 1/4-ə adlayıb.
Görüşün videoicmalını təqdim edirik: