London “Arsenal”ı Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda Münhendə “Bayern”ə 0:1 hesabı ilə uduzaraq (ilk oyun 2:2), qitənin ən nüfuzlu turnirini tərk edib.
Fanat.Az xəbər verir ki, 11 ildir öz meydanında Almaniya nəhənginə qalib gələ bilmənə “topçular”un həsrəti bir qədər də uzanıb.
“Arsenal”ın Münhendəki son qələbəsi 2013-cü il martın 13-nə - Çempionlar Liqasının cavab görüşündə 2:0 hesabı ilə məğlub etdiyi vaxta təsadüf edir.
Maraqlıdır ki, bu qələbə London klubuna ümumi uğur gətirməyib. İngiltərədə keçirilən ilk oyunda “Bayern” 3:1 hesabı ilə qalib gələrək səfər qolu sayəsində 1/4 finala yüksəlib.
Bundan sonra rəqiblər Münhendə dörd dəfə qarşılaşıblar - bir oyun heç-heçə, qalan üç oyun isə "Bayern"in qələbəsi ilə başa çatıb.
Mirağa