16:33 15.09.2020 1475

“Qarabağ”ın son durumu – Qurban Qurbanovdan açıqlamalar

Bu gün "Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Mölde” ilə matç üçün Kiprə yollanıb.

Fanat.Az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov hava limanında jurnalistlərin suallarını cavablandırıb.  

- Komandanın hazırlığı demək olar ki, pis deyil. Sadəcə müəyyən problemlərimiz var. Bəzi futbolçularımızın hazır olmaması məni bir az narahat edir. Millinin oyunlarına görə uzun müddətdir ki, futbolçular bir yerdə deyildilər. "Keşlə” ilə matça 1 gün qalmış hamımız toplana bildik. Bundan sonra isə 2 gün tam vaxtımız oldu ki, kollektiv olaraq bütün futbolçular birlikdə hazırlaşsın. Amma dediyim kimi, ümumi durum pis deyil. Sadəcə bir neçə futbolçumuzun mikrozədələri var və bu, məni bir az narahat edir.

- Zədəli oyunçulardan Mahir Emreli matçda iştirak edəcək?
- Oyuna kimi Mahirin tam hazır olub-olmayacağını bilməyəcəyik. Dünən məşq etdi. Amma məşqin sonuna qədər saxlamadıq. Bir az ağrıları hiss olundu. Dedilər ki, normaldır. Qəti qərar vermək üçün 2 gün vaxtımız var.

- UEFA-ın oyunu neytral meydana salması haqda qərarı sizi narahat etdi?
- Sırf buna görə narahat olduğumu deməzdim. Sadəcə gec bildirmələri məni narahat etdi. Çünki püşkdən dərhal sonra desəydilər ki, matç neytral zonada olacaq, bizim üçün daha rahat olardı. Oyuna 1 həftə qalmış belə bir fikir bildirmək bizim üçün narahatlıq yaratdı. Amma bu, UEFA-nın qaydalara uyğun olaraq verdiyi qərardır. Rəqib də, biz də qəbul etməliyik.

- "Mölde” haqda fikirləriniz necədir? Bu mövsümkü digər rəqibləriniz fərqlənir?
- Bəli. Çempionatda səhv etmirəmsə, 15 və ya 16 matçda oynamışdılar. Sadəcə milli komandaların oyunları ilə bağlı 2 turu buraxmışdılar. Ümumiyyətlə, çox nizam-intizamlı komandadır. Fərqi üslubda oynayır. Görünür, bu turnirə çox ciddi hazırlaşırlar. Hər bir halda bu tip komandalara qarşı çıxış etmişik və inanıram ki, rəqibi düzgün analiz edib, düzgün oyun qura biləcəyik.

- Matçın neytral meydana salınması futbolçuların motivasiyasına nə kimi təsiri olub?
- Bəzən bunun futbolçulara faydası olur. Amma bəzən də həddindən artıq çox motivasiya olanda bunun oyunçulara zərəri dəyir Bizim işimiz ondan ibarətdir ki, bunları orta səviyyədə saxlayaq. Biz nə qədər motivasiya versək də, meydançada istədiyimizi edə bilməsək, onda motivasiyanın bir köməyi olmayacaq. Çünki biz həm fiziki, həm psixoloji, həm də taktiki cəhətdən tam hazır olmalıyıq.

- Komanda penaltilər seriyasına hazırdır? Bunun üzərində işləmisiniz?
- Bu, bəzən sirr olaraq qalır. Amma mən heç vaxt oyundan əvvəl penaltilərə hazırlaşmağı  xoşlamıram. Çünki futbolçularda o psixoloji vəziyyəti yaratmaq istəmirəm. Çünki biz ilk 90 dəqiqəni fikirləşəcəyik. Penaltilər isə sondakı qərardır. Çalışacağıq ki, futbolçuları oyuna yaxşı motivasiya edək və ilk 90 dəqiqədə istədiyimiz nəticəni qazanaq. Sadəcə dediyim kimi, matça 1-2 gün qalmış penaltilər seriyasına hazırlaşmaq futbolçularda inamsızlıq yarada bilər. Amma belə təxmini bilirəm ki, kim penaltini yaxşı vurur, kim zəif (gülür).

- "Neftçi” – "Qalatasaray” oyunu ilə bağlı fikirləriniz necədir?
- Əvvəlcə, "Neftçi”yə uğurlar arzulayıram. Belə komandaların Azərbaycana gəlməsi futbolumuzun inkişafına böyük təkandır. İnsanlarda futbola sevgi daha da çoxalır. Xüsusən tanınmış klublar gələndə. Düşünürəm ki, "Qalatasaray”ın - Türkiyənin 4-5 TOP komandasından birinin Bakıya gəlməsi bizim futbolumuza böyük  fayda verəcək. Əlbəttə ki, "Neftçi”nin qalib gəlməsini istərdik. Düzdür, qardaş ölkənin klubudur. Amma idmanın prinsipləri elədir ki, daim qalib gəlmək istəyirsən. (Qol.az)
 
Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

15 Avqust 2026
23:39

"Qələbənin bizim haqqımız olduğunu demək ədalətsizlik olar" - Fərid Namazov

23:22

"Futbolçularımın mübarizə əzmindən razı qaldım" - Cavid Hüseynov

23:12

"Seltik" darmadağına sevindi, Kamilo Duran isə...

22:59

Anatoli Nuriyevin qolu "Kişvarda"nı xilas etmədi

22:42

MPL: Qəbələdə qol səsi çıxmadı, "Sabah" Rumıniyaya qalib gedir

22:12

"Nyukasl"dan 65 milyonluq həmlə

21:30

"Sumqayıt" heyətini gücləndirdi

21:16

London nəhəngi hərəkətə keçdi

20:48

"Arsenal" və "Mançester Yunayted" onun üçün mübarizə aparır

20:28

"Biz Xalqın komandasıyıq və bu adı qürurla daşımaq bizim borcumuzdur" - Cenk Sümer

20:22

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazandı

19:47

Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında mərhələ adladı

19:11

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub

18:56

"Qarabağ"da parladı, indi Avropanın yolunu tutur

18:08

"Zaqatala" "Bərdə"yə məğlub oldu

17:43

Holand "Ginnes"ə düşdü - Rekord

16:44

Okan Buruk: "Bu həftə bir və ya iki transferin həyata keçəcəyini gözləyirik"

16:02

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:50

"Kəpəz" "Sabah"la oyuna neçə itki ilə çıxacaq?

15:11

PSJ Torresi rənglərinə bağladı - RƏSMİ

14:57

KL: Liqa mərhələsinə vəsiqə uğrunda 24 oyun

14:05

"Araz-Naxçıvan" "İmişli" ilə oyuna bir itki ilə çıxacaq

13:44

Dünya Seriyası: Azərbaycan millisi uduzdu, “Neftçi SOCAR” gözləyir

13:06

Azər Bağırov "Qarabağ"a qarşı tam heyətlə mübarizə aparacaq

12:38

Romero "Atletiko"nun şərəfini qoruyacaq - RƏSMİ

12:11

Avropa Liqasında bütün pley-off cütləri bilindi

11:40

1-ci Liqa nə vəd edir? - İddialıların imkanları, ortababların isə sayı artıb

11:15

Debütant ilk matça itkisiz çıxacaq

10:54

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 4-cü tura yekun vuruldu - Nəticələr/Fotolar

10:08

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:41

İmmobile karyerasını başa vurdu

09:00

MPL: "İmişli" "Araz-Naxçıvan"a qarşı, çempion "Sabah"ın "Kəpəz"lə ÇL "məşq"i

01:43

Super Liqa: "Qalatasaray" doğma meydanda "büdrədi"

14 Avqust 2026
23:36

"Başlanğıc üçün vacib qələbə idi" -Kurban Berdıyev

23:11

Kaxaber Tsxadadze "Turan Tovuz"la matçdan sonra belə danışdı

22:45

"Çelsi" "Mançester Yunayted"in 15 yaşlı gəncini qaçırır

22:05

"Fənərbağça" TFF-yə müraciət edir: "Konyaspor" matçı təxirə salınsın

21:41

"Neftçi" İmad Farajla yollarını ayırdı

21:27

MPL: "Turan Tovuz"a 1 qol bəs etdi

21:09

"Ayaks"ın 55 milyonluq ulduzu PSJ-yə keçir

Facebookdan bizi izləməyi unutmayın.
X