14:16 17.09.2020 1497

Qara Qarayev: "Qarabağ"a qarşı qərəz hiss olunur"

"Qarabağ"ın futbolçusu Qara Qarayev UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Molde"yə penaltilər seriyasında uduzaraq mübarizəni dayandırdıqları oyundan sonra "Report"un suallarını cavablandırıb.

- "Molde"ni məğlub etmək üçün nə çatmadı?
- Rəqib haqqında məlumatımız var idi. Onların necə qapalı və sıx oynadığını bilirdik. Dünənki oyunda yetərincə imkan əldə etdik. Hamısı 100 faizlik epizodlar idi, amma yararlana bilmədik. Hər şey penaltilər seriyasına qaldı. Rəqib burada daha şanslı idi və qələbə qazandı. Danışılası çox şey yoxdur. Futbolda belə hallar olur. Biz də bu cür halın qurbanı olduq. Lakin hələ heç nə bitməyib. Yolumuza davam edirik. İsti, çətin hava şəraitində oynadıq. Belə deyim, məcburu qarşılaşma idi. Çünki biz evdə oynamağı çox istəyirdik. Qərar dəyişdikdən sonra bizə də çətin oldu.

- Komanda yoldaşlarınızın qol epizodlarından yararlana bilməməsi barədə nə deyə bilərsiniz?
- Heç bir futbolçu bilərəkdən qol imkanını qaçırmır. Sadəcə, o anlarda istək və aqressiyanı aşağı salmaq, daha sakit olmaq lazımdır. Təəssüf ki, alınmadı. Heç bir komanda yoldaşımızı qınaya bilmərik. Qələbə qazanmaq istəyirdik. Amma bayaq da qeyd etdiyim kimi, futbol bəzən belə anlar yaşadır. 

- Qarşıda Azərbaycan çempionatının və Avropa Liqasının pley-off mərhələsinin oyunları var. Bu məğlubiyyət komandaya mənfi təsir etməyəcək?
- Belə hallarla əvvəl də üzləşmişik. Düşünürəm ki, komanda olaraq buna hazırıq. Xatırlayırsınızsa, Çempionlar Liqasının III təsnifat mərhələsində BATE-yə uduzduqdan sonra Avropa Liqasının pley-offunda Moldova "Şerif"i ilə qarşılaşdıq və qalib olduq. Fikrimcə, biz bu vəziyyətdən çıxa biləcəyik. Hazırda bizim üçün ən önəmlisi çempionata hazırlaşmaqdır. Vaxtımız var. Əlimizdən gələni edəcəyik ki, vəziyyətdən çıxaq. İşimiz elədir ki, oyun bitdikdən sonra o düşüncə ilə qala bilmirsən. Dəyişilməli, yeni oyuna köklənməlisən. Bunu etməyə məcburuq. "Qarabağ" azarkeşləri bizdən yeni qələbələr gözləyir. Bunun əsas təməli isə ölkə çempionatından başlayır.

- Oyuna bir həftə qalmış matçın neytral meydanda olacağı bildirildi. Buna münasibətiniz necədir?
- Klub rəhbərliyi bu məsələ ilə bağlı öz mövqeyini ortaya qoyub. Biz də o düşüncədəyik. Oyunun neytral meydana salınması planlarımıza uyğun deyildi. Çünki püşkatma nəticəsində matçımız Bakıya düşmüşdü. Sonradan qərar dəyişdirildi. Sözsüz ki, ortada qərəz hiss olunur. Buna nümunə kimi deyə bilərəm ki, Norveç yığması sentyabrın 7-də UEFA Millətlər Liqasının oyunu üçün Şimali İrlandiyaya səfər etmişdi. Ölkəyə qayıtdıqdan sonra karantində qalmadılar. Rəqib bizimlə oyunu ortaya atdı. Amma artıq bunlar geridə qaldı və danışılası çox şey yoxdur. Qərarın ədalətsiz olduğunu hamı bilir.
 
Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

15 Avqust 2026
23:39

"Qələbənin bizim haqqımız olduğunu demək ədalətsizlik olar" - Fərid Namazov

23:22

"Futbolçularımın mübarizə əzmindən razı qaldım" - Cavid Hüseynov

23:12

"Seltik" darmadağına sevindi, Kamilo Duran isə...

22:59

Anatoli Nuriyevin qolu "Kişvarda"nı xilas etmədi

22:42

MPL: Qəbələdə qol səsi çıxmadı, "Sabah" Rumıniyaya qalib gedir

22:12

"Nyukasl"dan 65 milyonluq həmlə

21:30

"Sumqayıt" heyətini gücləndirdi

21:16

London nəhəngi hərəkətə keçdi

20:48

"Arsenal" və "Mançester Yunayted" onun üçün mübarizə aparır

20:28

"Biz Xalqın komandasıyıq və bu adı qürurla daşımaq bizim borcumuzdur" - Cenk Sümer

20:22

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazandı

19:47

Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında mərhələ adladı

19:11

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub

18:56

"Qarabağ"da parladı, indi Avropanın yolunu tutur

18:08

"Zaqatala" "Bərdə"yə məğlub oldu

17:43

Holand "Ginnes"ə düşdü - Rekord

16:44

Okan Buruk: "Bu həftə bir və ya iki transferin həyata keçəcəyini gözləyirik"

16:02

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:50

"Kəpəz" "Sabah"la oyuna neçə itki ilə çıxacaq?

15:11

PSJ Torresi rənglərinə bağladı - RƏSMİ

14:57

KL: Liqa mərhələsinə vəsiqə uğrunda 24 oyun

14:05

"Araz-Naxçıvan" "İmişli" ilə oyuna bir itki ilə çıxacaq

13:44

Dünya Seriyası: Azərbaycan millisi uduzdu, “Neftçi SOCAR” gözləyir

13:06

Azər Bağırov "Qarabağ"a qarşı tam heyətlə mübarizə aparacaq

12:38

Romero "Atletiko"nun şərəfini qoruyacaq - RƏSMİ

12:11

Avropa Liqasında bütün pley-off cütləri bilindi

11:40

1-ci Liqa nə vəd edir? - İddialıların imkanları, ortababların isə sayı artıb

11:15

Debütant ilk matça itkisiz çıxacaq

10:54

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 4-cü tura yekun vuruldu - Nəticələr/Fotolar

10:08

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:41

İmmobile karyerasını başa vurdu

09:00

MPL: "İmişli" "Araz-Naxçıvan"a qarşı, çempion "Sabah"ın "Kəpəz"lə ÇL "məşq"i

01:43

Super Liqa: "Qalatasaray" doğma meydanda "büdrədi"

14 Avqust 2026
23:36

"Başlanğıc üçün vacib qələbə idi" -Kurban Berdıyev

23:11

Kaxaber Tsxadadze "Turan Tovuz"la matçdan sonra belə danışdı

22:45

"Çelsi" "Mançester Yunayted"in 15 yaşlı gəncini qaçırır

22:05

"Fənərbağça" TFF-yə müraciət edir: "Konyaspor" matçı təxirə salınsın

21:41

"Neftçi" İmad Farajla yollarını ayırdı

21:27

MPL: "Turan Tovuz"a 1 qol bəs etdi

21:09

"Ayaks"ın 55 milyonluq ulduzu PSJ-yə keçir

Facebookdan bizi izləməyi unutmayın.
X