Çempionlar Liqasında həftənin oyunçusu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, qrup mərhələsinin I turunun ən yaxşısı adına Kinqsli Koman layiq görülüb.
Almaniya "Bavariya”sının fransalı yarımmüdafiəçisi UEFA-nın azarkeşlər arasında keçirdiyi səsvermənin qalibi olub. "Atletiko” ilə görüşdə 2 qol və 1 məhsuldar ötürmə verən 24 yaşlı futbolçu digər namizədləri qabaqlayıb.
Qeyd edək ki, ən yaxşı adına digər namizədlər Alvaro Morata (Yuventus), Tete (Şaxtyor) və Anxelinyo (Leypsiq) idi.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol