UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, bu ada namizədlər sirasında İtaliya "Atalanta"sında Duvan Zapata, İngiltərə "Mançester Yunayted"indən Markus Reşford, Fransa PSJ-sindən Moyze Kin və İspaniya "Atletiko"sundan Joau Feliş yer alıb.
Reşford qrup mərhələsinin II turunda Almaniya "Leyptsiq”inə 5:0 hesabı ilə qalib gəldikləri görüşdə het-trik edib. Moyze Kin İstanbulda "Başakşehir"i 2:0 hesabı ilə məğlub etdikləri qarşılaşmada dubla imza atıb.
Feliş Avstriya "Zaltsburq"unu 3:2 üstələdikləri matçda iki qol vurub, Zapata isə İtaliyada Niderland "Ayaks"ı ilə oyunda dubl edib.
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermədən sonra bəlli olacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol