"İnter"in futbolçusu Romelu Lukaku Çempionlar Liqasında "Real"la III tur matçını buraxacaq.
Fanat.Az xəbər verir ki, 27 yaşlı hücumçu sol baldır əzələsindən xəsarət alıb. Bu səbəbdən, belçikalı forvard A Seriyasında VI turun "Parma" ilə oyununda (2:2) da iştirak etməyib.
Lukaku bu mövsüm bütün turnirlərdə 7 görüş keçirib və eyni sayda qol vurub.
Qeyd edək ki, noyabrın 3-də Madriddə baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 24:00-da start götürəcək.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol