Çempionlar Liqasının qrup mərhələsinin VI turunun "Midtüllan" (Danimarka) - "Liverpul" (İngiltərə) oyunu baş tutmaya bilər.
Fanat.Azz "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, buna səbəb Danimarkada koronavirusun yeni növünün aşkarlanmasıdı.
İddiaya görə, mersisaydlılar sözügedən ölkədən qayıtdıqdan sonra 2 həftə karantində qalmalıdırlar. Bu isə komandanın planlarına uyğun gəlmir.
Qeyd edək ki, qarşılaşma dekabrın 9-da keçirilməlidir. Komandalar arasında ilk oyunda "Liverpul" 2:0 hesablı qələbə qazanıb.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol