Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin digər oyunları keçirilib.
Fanat.Az-ın məlumatına görə, ikinci oyun günündə 3 qarşılaşma baş tutub.
"Benfika" Portuqaliyada Niderlandın PSV klubu üzərində əzmkar qələbə qazanıb. "Malmö" öz meydanında "Lüdoqorets"i 2 cavabsız qolla yenib və cavab qarşılaşması ərəfəsində ciddi üstünlüyə yiyələnib. "Yanq Boyz" isə İsveçrədə 25-ci dəqiqədən azlıqda oynasa da, Macarıstan "Ferentsvaroş"undan üstün olub.
Çempionlar Liqası
Pley-off mərhələsi
İlk oyunlar
18 avqust
"Benfika" (Portuqaliya) - PSV (Niderland) 2:1
Qollar: Rafa Silva, 10; Vayql, 42 - Qakpo, 51
"Malmö" (İsveç) - "Lüdoqorets" (Bolqarıstan) 2:0
Qollar: Birmançeviç, 26; Berqet, 61
"Yanq Boyz" (İsveçrə) - "Ferentsvaroş" (Macarıstan) 3:2
Qollar: Elia, 16; Syerro, 40; Qarsiya, 65 - Boli, 14; 82