Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsi başa çatıb.
Fanat.Az xəbər verir ki, son oyun günündə qrup mərhələsinə son 3 vəsiqənin sahibi müəyyənləşib.
“Monako”nu səfərdə 1:0 hesabı ilə yenən Ukraynanın “Şaxtyor” (Donetsk) klubu minimal üstünlüyünü evdə də qorumağa çalışıb. Amma görüşün əsas vaxtı “Monako”nun qələbəsiylə yekunlaşıb. Bu üzdən əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda rəqib müdafiəçinin avtoqoluna sevinən Donetsk komandası istəyinə çatıb.
Moldova “Şerif”i Xorvatiyada Zaqreb “Dinamo”sunun qonağı olub. Evdə azarkeşlərini darmadağınla sevindirən (3:0)Tiraspol təmsilçisi Xorvatiyanın paytaxtında qapısını toxunulmaz saxlamağı bacarıb və qrup mərhələsində oynamaq hüququ qazanıb.
“Bröndbü” Danimarkada Avstriya “Zalsburq”u ilə qarşılaşıb. İlk görüşdə 1:2 hesabı ilə uduzan skandinaviyalılar ikinci matçda da eyni aqibəti yaşayıb.
İlk oyun günündə “Yanq Boyz” (İsveçrə), “Benfika” (Portuqaliya) və “Malmö” (İsveç) qrup mərhələsinə yüksəlmişdi.
UEFA Çempionlar Liqası
Pley-offun cavab oyunları
25 avqust
Şaxtyor (Donetsk, Ukrayna) – Monako (Fransa) 2:2
Qollar: Marlos, 74. Aqilar, 114-öz qapısına - Ben Yedder, 18; 39
İlk oyun – 1:0
Dinamo (Zaqreb, Xorvatiya) – Şerif (Moldova) 0:0
İlk oyun – 0:3
Bröndbü (Danimarka) – Zalsburq (Avstriya) 1:2
Qollar: Makssö, 62 - Sesko, 4. Eronson, 10
İlk oyun – 1:2
Çempionlar Liqasında qrup mərhələsinin püşkü avqustun 26-da atılacaq.