PSJ rəhbərliyi Lionel Messi ilə müqavilənin uzadılmasında israrlıdır və danışıqlar davam edir.
Futbolçu ilə klub arasında mövcud müqavilə cari mövsümün sonuna qədərdir.
Fanat.Az "Ekip" nəşrinə istinadən xəbər verir ki, tərəflər əməkdaşlığın davam etdirilməsini müzakirə edir, onlar daha bir neçə detal üzərində razılığa gəlməyə çalışırlar.
Onlardan biri də yeni müqavilənin müddətidir. Əvvəlcə 1 mövsüm uzadılmaq imkanı ilə(1+1) 2 illik müqavilənin bağlanması nəzərdə tutulurdusa, hazırda fərqli sxem üzrə razılaşmanın yekunlaşdırılması istiqamətində iş aparılır.
Bununla yanaşı, PSJ maliyyə feyr-pleyinə görə 65 milyon avro UEFA tərəfindən cərimələnib və onun 10 milyonu yaxın vaxtlarda ödəməlidir. Qeyd olunur ki, klub hələ də futbolçu ilə müqavilə bağladıqdan sonra onun ətrafına komisyon haqqını tam ödəməyib.
Qətər əmiri argentinalını heyətdə saxlamaq niyyətindədir. Yaxın bir neçə həftə ərzində Messinin atası ilə PSJ rəhbərliyi arasında görüş olacaq.
Qeyd edək ki, "İnter Mayami" də Messinin transferində maraqlıdır, lakin hücumçu Avropanı MLS-ə dəyişmək istəmir və Amerika Kuboku 2024-ə qədər Argentina millisində oynamaq, Avropanın aparıcı klublarında top qovmaq niyyətindədir.
Messinin hədəfi Çempionlar Liqasında vurulan qolların sayına görə əzəli rəqibi Kriştianu Ronaldunu keçməkdir. Portuqaliyalı superulduz bu turnirdə 140 qol vurub. Messi isə 129 topla 2-ci yerdədir.
Rafael