"Qalatasaray"ın baş məşqçisi Okan Buruk son mövsümü icarə əsasında "Yuventus"da keçirən Leandro Paredesin maraqlandıqları futbolçulardan biri olduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, Buruk açıqlamasında daha çox İkardinin transferinə diqqət yetirdiklərini və yarımmüdafiəyə Paredesdən başqa 4 namizədin olduğunu bildirib:
"Transfer üçün namizədlərimiz çoxdur. Hələ ki, heç biri ilə birbaşa ünsiyyət qurmamışıq. İkardinin mövqeyi ən çox diqqət etdiyimiz yerdir. Bundan əlavə, yarımmüdafiə üçün nəzərdə tutduğumuz 4 futbolçu da var. Keyfiyyət və oyunçu tipi baxımından dünya çempionatını qazanan Argentina millisinin üzvü Paredes variantlarımızdan biridir".
Rafael