Yeni mövsümə iddialı heyətlə başlamaq istəyən "Qalatasaray" İspaniyada gündəm olub.
Fanat.Az xəbər verir ki, sözügedən ölkənin mətbuatı "Qalatasaray"ın "Barselona"nın ulduzu Frank Kessini heyətinə qatmaq istədiyini bildirib.
Xəbərdə "Qalatasaray"ın təcrübəli futbolçu üçün "Barselona"ya rəsmi təklif göndərdiyi diqqətə çatdırılıb. Təklif olunan məbləğ Kataloniya nəhəngini qane etmədiyi üçün "sarı-qırmızılar"ın bu təklifinin rədd edildiyi vurğulanıb.
"Blauqrana"nın baş məşqçisi Xavi daha əvvəl Frankın satıla biləcəyini desə də, rəhbərlik oyunçunu 30 milyon avrodan aşağı qiymətə buraxmamaqda qərarlıdır.
Digər tərəfdən, qış transfer dönəmində Kessinin "İnter"in futbolçusu Brozoviçlə dəyişdirilməsi nəzərdə tutulsa da, 26 yaşlı yarımmüdafiəçi "Barselona"dan ayrılmaq istəmədiyi üçün bu mübadilə baş tutmayıb.
Fil Dişi Sahili millisinin üzvü "Barselona"da olduğu müddətdə 43 oyun keçirib. Bu qarşılaşmalarda 3 qol vuran afrikalı 3 məhsuldar ötürmə ilə də yadda qalıb.
Rafael