"Adana Dəmirspor"un forvardı Mario Balotelli qış transfer dönəmində ona gələn transfer təklifi haqda danışıb.
Fanat.Az xəbər verir ki, "Fanatik" italiyalı forvardın fikirlərini belə çatdırıb:
"Salernitana"dan təklif alsam da, Türkiyədə qalmağı seçdim. Səbəb isə danışıqların çox uzun sürməsi oldu. Əgər bir klub sizi ciddi istəyirsə, danışıqlar bir günün içində belə həll oluna bilər”.
Qeyd edək ki, 33 yaşlı hücumçu cari mövsüm "Mavi Şimşəklər"in heyətində 5 rəsmi matçda 3 qol vurub.
Nahid Məmmədov