"Mançester Yunayted"in futbolçusu Markus Raşford karyerasını Fransada davam edirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Daily Mail" yayıb.
Xəbərə görə, ingiltərəli forvard PSJ-nin diqqət mərkəzindədir. Mənbə bildirir ki, Paris təmsilçisi yay transfer dönəmində təcrübəli hücumçunu heyətinə qatmaq istəyir.
Qeyd edək ki, cari mövsüm "qırmızı şeytanlar"ın forması ilə bütün turnirlərdə 27 matça çıxan Markus 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Nahid Məmmədov