
Bu gün UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.
Fanat.Az xəbər verir ki, üç günü əhatə edən mərhələnin son oyun günündə 10 qarşılaşma baş tutub.
Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor Donetsk" "Panatinaikos" ilə qolsuz heç-heçə edib. "Araz-Naxçıvan"ın pley-off mərhələsindəki potensial rəqibləri PAOK ilə "Volfsberq" də Yunanıstanda qolsuz sülhə razılaşıb.
Qeyd edək ki, komandalar arasında cavab görüşləri avqustun 12-də start götürəcək.
UEFA Avropa Liqası
3-cü təsnifat mərhələsi, ilk oyunlar
7 avqust
20:00. "Fredrikstat" (Norveç) - "Midtyulland" (Danimarka) 1:3
20:00. "Linkoln" (Cəbəllüttariq) - "Noah" (Ermənistan) 1:1
20:30. AEK (Kipr) - "Legiya" (Polşa) 4:1
20:30. "ÇFR Kluj" (Rumıniya) - "Braqa" (Portuqaliya) 1:2
21:00. "Haken" (İsveç) - "Brann" (Norveç) 0:2
21:30. PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) 0:0
22:00. "Zrinjski" (Bosniya və Herseqovina) - "Breydablik" (İslandiya) 1:1
22:00. "Panatinaikos" (Yunanıstan) - "Şaxtyor Donetsk" (Ukrayna) 0:0
22:30. "Servett" (İsveçrə) - "Utrext" (Niderland) 1:3
22:30. FKSB (Rumıniya) - "Drita" (Kosovo) 3:2