
“Yuventus” qış transfer pəncərəsi üçün müdafiə xəttini gücləndirməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, İtaliya nəhəngi “Roma”nın sağ cinah müdafiəçisi Zeki Çelik üçün rəsmi hərəkətə keçməyə hazırlaşır.
Bu barədə məlumatı “La Gazzetta dello Sport” yayıb.
Bildirilir ki, Turin klubu mövsümün ikinci yarısında sağ müdafiə mövqeyində rəqabəti artırmaq üçün Zeki Çeliyi ideal namizəd hesab edir.
Transferin icarə və ya birdəfəlik satış formatında reallaşa biləcəyi vurğulanır.