
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, B qrupunun oyununda səfərdə Cəbəllüttariq millisi ilə üz-üzə gələn yığma 1:0 hesablı qələbəyə sevinib.
"Europa Point Stadium"dakı yeganə qolu 54-cü dəqiqədə Murad Məmmədov vurub.
Qeyd edək ki, yığma növbəti matçını 2026-cı il martın 27-də Portuqaliya millisinə qarşı keçirəcək.
AÇ-2027, seçmə mərhələ
B qrupu
18 noyabr
Cəbəllütariq (U-21) - Azərbaycan (U-21) 0:1
Qol: Murad Məmmədov, 54.
Hakimlər: Andrei Çivulete, Radu Ginkuleaç, Mihaita Nekula, George Katalin Roman (hamısı Rumıniya).
“Europa Point Stadium”.
U-21 meydana bu "11-lik"lə çıxıb: 1. Səlim Həşimov, 2. Eşqin Əhmədov, 3. Rüfət Abbasov, 5. Emin Rüstəmov (k), 15. Raul Məmmədov, 7. Murad Məmmədov, 8. Emil Süleymanov, 8. Oruc Məmmədov, 20. Şahin Şahniyarov, 10. Edqar Adilxanov, 9. Ağadadaş Salyanski.