
“Liverpul” qış transfer pəncərəsi üçün gənc istedad axtarışını davam etdirir.
Fanat.Az "365scores" nəşrinə istinadən xəbər verir ki, Premyer Liqa nəhəngi “Az Alkmaar”ın yüksəlişdə olan ulduzu Kees Smitlə maraqlanır.
18 yaşlı yarımmüdafiəçi Avropanın bir çox klubunun diqqət mərkəzindədir. “Liverpul”un onu heyətinə qatmaq üçün qışda 25 milyon avro təklif etməyə hazır olduğu bildirilir. Smit futbol ictimaiyyətində “futbolun yeni Pedrisi” kimi tanınır və xüsusilə texnikası, meydanı görmək məharəti ilə seçilir.
Gənc yarımmüdafiəçi Niderlandın U-19 millisinin əsas oyunçularından biridir
Kamil Xudiyev