
"Liverpul"un hücumçusu Federiko Kyeza qış transfer pəncərəsinin ən çox tələb olunan adlarından birinə çevrilib.
Fanat.Az xəbər verir ki, məlumatı "365 Scores" nəşri yayıb.
Xəbərdə bildirilir ki, bir neçə İtaliya nəhəngi 26 yaşlı ulduzu ölkəsinə aparmaq üçün hərəkətə keçib.
"İnter", "Napoli", "Roma" və "Milan" qış transfer pəncərəsində Kyeza üçün rəsmi təklif göndərməyə hazırlaşır.
Kyeza bu mövsüm Premyer Liqada "Liverpul"a mühüm dəstək verib. Sürəti, ikili mübarizələrdə effektivliyi və fərdi oyun qabiliyyəti səbəbilə top-klubların diqqətini cəlb etməsi təbii qarşılanır.
Kamil Xudiyev