
Yanvar transfer pəncərəsi yaxınlaşdıqca “Beşiktaş” heyətini gücləndirmək üçün qapıçı mövqeyinə xüsusi önəm verir.
Fanat.Az xəbər verir ki, jurnalist Ekrem Konurun yaydığı məlumata görə, “Qara qartal” əsas qapıçı transferi üçün əsas hədəf olaraq Altay Bayındırı seçib.
Lakin məlumatlarda bildirilir ki, hazırda "Mançester Yunayted"də forma tərlədən Altay Türkiyəyə geri dönməyə isti baxmır.
Buna baxmayaraq, “Beşiktaş” rəhbərliyinin futbolçunu razı salmaq üçün çalışacağı qeyd olunur.
Qeyd edək ki, 27 yaşlı kiperin transfer dəyəri 8 milyon avro olaraq qiymətləndirilir.
Kamil Xudiyev