
Banqladeşdə təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda "FIFA Tri Nations Women"s Football Series 2025" turniri çərçivəsində ikinci matçında meydan sahibləri ilə qarşılaşacaq.
Paytaxt Dəkkədəki Milli Stadionda baş tutacaq matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, yığma turnirdəki ilk görüşündə Malyziyanı 2:0 hesabı ilə məğlub edib. Komandamız bugünkü görüşdə məğlub olmasa, turniri qalib tamamlayacaq.