
Azərbaycan milli komandası bu gün beynəlxalq yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
Fanat.Az xəbər verir ki, Macarıstanda baş tutacaq matçda Ayxan Abbasovun baş məşqçisi olduğu seçməmiz Malta ilə üz-üzə gələcək.
Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Sombatxey şəhərindəki “Haladaş” stadionunda təşkil olunacaq oyunu Macarıstandan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, milli ayın 9-da Macarıstanda San Marino yığması ilə gücünü sınayacaq.
Beynəlxalq yoldaşlıq oyunu
5 iyun
22:00. Azərbaycan – Malta
Hakimlər: Mixali Kaprali, Balaş Buzaş, Bençe Belitsa, Tamaş Boqnar (hamısı Macarıstan).
Sombatxey, “Haladaş” stadionu.