
"Benfika" prezidenti Rui Kosta və komandanın baş məşqçisi Joze Mourinyu "Beşiktaş" rəhbərliyindən icazə almadan İstanbul klubunun ulduzu Rafa Silva ilə gizli görüş keçirib.
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı "Takvim" qəzeti yayıb.
Xəbərdə bildirilir ki, "Beşiktaş" rəhbərliyi bu görüşdən sonradan xəbər tutub və böyük narazılıq yaranıb. Klubun bu məsələyə görə "Benfika"nı FİFA-ya şikayət etməyə hazırlaşdığı vurğulanır.
Qeyd olunur ki, bir müddət əvvəl Benfikanın "Fənərbağça"dan da icazə almadan Joze Mourinyu vasitəsilə oyunçu ilə danışdığı iddia edilmişdi. Portuqaliya nəhənginin oxşar addımları Türkiyə futbol ictimaiyyətində ciddi reaksiyaya səbəb olub.
Kamil Xudiyev