
“Qalatasaray” rəhbərliyi “Fənərbağça”nın kolumbiyalı hücumçusu Con Duranı derbidə vurduğu qoldan sonra nümayiş etdirdiyi sevinc hərəkətinə görə Anadolu Ədliyyəsinə şikayət edib.
Fanat.Az xəbər verir ki, klub futbolçunun davranışının “qanun pozuntusu və təhrikedici hərəkət” kimi qiymətləndirilməsini tələb edir.
Bu barədə məlumatı DHA yayıb.
Xəbərdə bildirilib ki, “Qalatasaray” rəhbərliyi həmin sevincin azarkeşləri qıcıqlandırdığını, təhlükəsizlik baxımından risk yaratdığını düşünür. İstanbuldakı hüquqi prosedurun artıq işə götürüldüyü bildirilir.
Con Duran tərəfi isə mövzu ilə bağlı hələ rəsmi açıqlama verməyib.
Kamil Xudiyev