
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulur.
Fanat.Az xəbər verir ki, bu gün ikinci finalçının adı bəlli olacaq.
Həlledici oyuna vəsiqə qazanacaq növbəti komandanın adına Almaniyada aydınlıq gələcək. "Bayern" ÇL-in son qalibi PSJ ilə üz-üzə gələcək. Almaniya nəhəngi rəqibini Münhendəki "Alyanz Arena"da qəbul edəcək. Dramatik alınan ilk oyunda fransızlar 5:4 hesabı ilə qalib gəlmişdilər.
Qeyd edək ki, bu cütün qalibi finalda "Arsenal" ilə üz-üzə gələcək. Çempionlar Liqasının finalı mayın 30-da Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək.
UEFA Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
6 may
23:00. "Bayern Münhen" (Almaniya) – PSJ (Fransa)
(İlk oyun - 4:5)