
Misli Premyer Liqasında 30 tur geridə qalıb. Keçirilən 180 oyunda 16 hakim iş başında olub.
Fanat.Az-ın hesablamasına görə, son turda Elçin Məsiyev, Kamal Umudlu, Rəşad Əhmədov, Rauf Cabarov, Əli Əliyev və Vüqar Həsənli oyun idarə edib.
FİFA referisi Kamal Umudlu baş hakim kimi aldığı təyinat sayı baxımından liderliyi davam etdirir. O, 30 turdan 17-də iş başında olub. Umudlunu ən yaxın izləyicilərini 2 oyun üstələyir. Beş hakimin - Elçin Məsiyev, Tural Qurbanov, Rəşad Əhmədov, Rauf Cabarov və Fərid Hacıyevin hesabında 15 oyun var.
Bu turda qırmızı vərəqə alan futbolçu olmayıb. "Sarı"lara gəlincə, hakimlər 20 vərəqədən istifadə ediblər. Vərəqələrdən cəmi 8-i meydan sahiblərinə, 12-si isə qonaq komandanın oyunçularına göstərilib. Mövsümün geridə qalan hissəsi ərzində müvafiq göstərici belədir: 336 sarı (13 qırmızı) - 368 sarı (10 qırmızı).
Beləliklə, 30 turun yekununda sarı vərəqə sayı 700-ü ötərək 704-ə çatıb. Mövsümün geridə qalan hissəsi ərzində 23 "qırmızı" göstərilib. Nəticədə ümumi vərəqə sayı 727-yə bərabər olub. Bu da orta hesabla hər turda 24, hər oyunda 4, vərəqə deməkdir.
Otuz tur ərzində FİFA referisi Əliyar Ağayev o birilərdən çox əlini cibinə atıb. O, 71 vərəqədən istifadə edib ki, bunun 6-nın rəngi qırmızı olub. Onu 69 vərəqədən (3-ü qırmızı) yararlanan Kamal Umudlu təqib edir. Rəşad Əhmədov isə 1-i qırmızı olmaqla, 68 vərəqəyə ehtiyac duyub.
Kamal Umudlu - 17 oyun
meydan sahibi 31 sarı 3 qırmızı
qonaqlar 35 0
cəmi: 66 3
Rəşad Əhmədov - 15 oyun
meydan sahibi 25 0
qonaqlar 42 1
cəmi: 67 1
Elçin Məsiyev - 15 oyun
meydan sahibi 34 0
qonaqlar 30 3
cəmi: 64 3
Tural Qurbanov - 15 oyun
meydan sahibi 29 1
qonaqlar 29 0
cəmi: 58 1
Rauf Cabarov - 15 oyun
meydan sahibi 24 0
qonaqlar 30 1
cəmi: 54 1
Fərid Hacıyev - 15 oyun
meydan sahibi 33 1
qonaqlar 15 0
cəmi: 48 1
Kamranbəy Rəhimov - 14 oyun
meydan sahibi 22 1
qonaqlar 30 1
cəmi: 52 2
Əliyar Ağayev - 13 oyun
meydan sahibi 31 5
qonaqlar 34 1
cəmi: 65 6
İnqilab Məmmədov - 13 oyun
meydan sahibi 25 0
qonaqlar 30 1
cəmi: 55 1
Cavid Cəlilov - 13 oyun
meydan sahibi 20 1
qonaqlar 25 1
cəmi: 45 2
Rəvan Həmzəzadə - 12 oyun
meydan sahibi 22 0
qonaqlar 23 1
cəmi: 45 1
Əli Əliyev - 10 oyun
meydan sahibi 15 1
qonaqlar 20 0
cəmi: 34 1
Vüqar Həsənli - 6 oyun
meydan sahibi 8 0
qonaqlar 10 0
cəmi: 18 0
Nicat İsmayıllı - 3 oyun
meydan sahibi 6 0
qonaqlar 8 0
cəmi: 14 0
Elvin Bayramov - 3 oyun
meydan sahibi 9 0
qonaqlar 4 0
cəmi: 13 0
Emin Əliyev - 1 oyun
meydan sahibi 2 0
qonaqlar 2 0
cəmi: 4 0
Mirağa